İlham Əliyevdən Xankəndi ilə bağlı FƏRMAN

 13:49 31.07.2025     316

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Xidmətin icraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi.

Nizamnaməyə əsasən, Xidmətin cari fəaliyyətinə rəhbərliyi icraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.

Vumart və Güvən reklamı Vumart Güvən