Qarabağda hotellərə ƏDV geri qaytarılması imkanları müzakirə olundu

 17:00 31.07.2025     119

Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

Bu barədə Redaktor.az-a Dövlət Vergi Xidmətindən bildirilib.

Görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, o cümlədən vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən