Ailəsi Kanadada vəfat edən Sadiqin cənazəsini gətirə bilmir

 00:55 04.08.2025     61

Kanadanın Toronto şəhərində yaşayan Vətən müharibəsi iştirakçısı Sadiq Adıgözəlov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Bildirilir ki, Sadiq Vətən müharibəsində könüllü olaraq Kanadadan Azərbaycana gəlib və döyüşlərdə iştirak edib.

Ailəsi mərhumun cənazəsini Azərbaycana gətirmək istəyir. Lakin ailənin maddi gücü buna imkan vermir.

Mərhumun yaxınları onun cənazəsinin vətənə gətirilməsi üçün kömək istəyir.

Vumart və Güvən reklamı Vumart Güvən