Bu rayonlarda 41° isti var

 09:46 04.08.2025     71

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az -a verilən məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-də isə 40 dərəcəyədək isti qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən