Qusman yeni vəzifəyə təyin olunması barədə DANIŞDI

 19:35 04.08.2025     188

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun keçmiş birinci müavini Mixail Qusman yeni vəzifəyə təyin olunması ilə bağlı bir sıra KİV-də yayılan məlumatları təkzib edib.

Redaktor.az-ın xəbərinə görə, oxu.az-a açıqlamasında o bildirib ki, Sankt-Peterburq (RF) qubernatoru Aleksandr Beqlovun mətbuat katibi vəzifəsinə təyin olunması ilə bağlı məlumatlar həqiqətəuyğun deyil.

"Bunlar hamısı saxtadır", - deyə Qusman telefon danışığı zamanı qeyd edib.

 

Xatırladaq ki, Mixail Qusman bu gün Bakıda Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən