Kamran Əliyevdən yeni TƏYİNAT

Hərbi Prokurorluqda yeni təyinat olub.
Redaktor.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Hərbi prokurorun təqdimatı və baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovniki Fərəc Nuhbala oğlu Sayılov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Yeni hərbi prokurorun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin olunur və bu proses davamlı hala çevrilib.