Bakıda yeni velosiped zolağı - FOTO

 15:33 08.08.2025     75

Bakı şəhərində kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Redaktor.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə aparılır.

Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.

Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

22
Vumart və Güvən reklamı Vumart Güvən