Şimal küləyi əsir - Faktiki HAVA

 10:38 10.08.2025     135

Avqustun 10-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, dağlıq rayonlarda 30, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 39 dərəcəyədək isti qeydə alınıb.

Vumart və Güvən reklamı Vumart Güvən