Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU RAYONDA

 10:54 11.08.2025     379

Azərbaycan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 22-də Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaş qəbulu keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən tarxidə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayon sakinlərinin qəbulu keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən