Prezident bu nazirliyin səlahiyyətlərini ARTIRDI

 14:07 13.08.2025     227

Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Xüsusi icra məmuru şəhadətnaməsi də Ədliyyə Nazirliyi tərəfindən veriləcək.

Eyni zamanda qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək səlahiyyəti də nazirliyə həvalə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən