Prezidentdən 21 min nəfəri sevindirəcək SƏRƏNCAM

 13:28 14.08.2025     108

Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolunun təmirinə 1,5 milyon manat ayrılıb.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə1,5 milyon manat ayrılıb.

Vumart və Güvən reklamı Vumart Güvən