Gəncədə qurumuş və qəzalı ağacların inventarlaşdırılmasına başlanılıb

 11:00 15.08.2025     61

Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıqla bağlı tədbirlər görülür. Şəhərdə 500-dən çox qurumuş və qəza yarada biləcək ağacların inventarlaşdırılması işlərinə start verilib.

Redaktor.az xəbər verir ki, ETSN-nin Dövlət Ekoloji Ekispertoza Agentliyinin İdarə heyətinin sədri Mirsalam Qəmbərov bildirib ki, III MDB Oyunlarına hazırlıqla bağlı şəhərdə aparılan abadlaşdırma işləri çərçivəsində Memorial Kompleksin ətrafında qurumuş və qəza yarada biləcək ağacların inventarlaşdırılması aparılır.

Məlumata görə, aparılmış monitorinq və təhlillər nəticəsində köküstə quru, gövdəsi çürümüş, bioloji inkişafını tam itirmiş və qəzalı vəziyyətdə olan çoxsaylı ağaclar müəyyən olunub: “Bu cür ağaclar həm estetik baxımdan ümumi mənzərəyə mənfi təsir göstərir, həm də potensial təhlükə mənbəyi (aşma riski, yanğın riski, zərərli orqanizmlərin mənbəyi) kimi çıxış edir. Müəyyən edilmiş 500-dən çox ağacın Nazirlər Kabinetinin təsdiq etdiyi “Yaşıllıqların götürülməsi qaydası”na əsasən, qanuni prosedurlar çərçivəsində götürülməsi və əvəzlənməsi zərurəti yaranıb".

Qeyd edilib ki, bu kontekstdə, şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılması da əsas prioritetlərdən biri kimi müəyyən edilib və müvafiq işlər mərhələli şəkildə icra olunur. Belə ki, şəhərin küçə, prospekt və parklarında yerləşən yaşıllıq sahələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə genişmiqyaslı inventarizasiya işlərinə başlanıb. İnventarizasiya işlərinin əsas məqsədi şəhər mühitində yaşıllıqların sağlamlaşdırılması və əhalinin sağlam yaşayış mühitinin təmin edilməsidir.

M.Qəmbərov bildirib ki, proses yalnız aidiyyəti qurumların rəsmi rəy və icazələri əsasında, şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq həyata keçirilir. Götürülən hər bir ağacın yerində iqlim və torpaq şəraitinə uyğun ağac növləri ilə əvəzlənmə təmin olunacaq.

22222
Vumart və Güvən reklamı Vumart Güvən