Prezident onlara ali hərbi rütbələr verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Babək Vahid oğlu Qurbanov
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Ceyhun Həsən oğlu Nəbiyev
polkovnik Azər Əliyusif oğlu Şirinov