General rütbəsi verilən Azər Şirinovla bağlı maraqlı FAKT

 13:22 16.08.2025     179

Bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.

Redaktor.az xəbər verir ki, sərəncamla polkovnik Azər Əliyusif oğlu Şirinova “general-mayor” ali hərbi rütbəsi verilib.

Azər Şirinov Vətən müharibəsi iştirakçısıdır.  O, Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.  

Xatırladaq ki, 2023-cü ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılan qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın saxlandığı “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin rəisi də Azər Şirinov olub. İyunun 15-də “Laçın” nəzarət-buraxılış məntəqəsinə bayraq sancılanda atəşə tutulan zaman ən irəlidə gedən məhz Azər Şirinov idi. 

Vumart və Güvən reklamı Vumart Güvən