Rabitəbank Bərdədə yeni filial AÇDI

 13:03 18.08.2025     51

“Rahat bankçılıq” şüarına sadiq qalan Rabitəbank, müştərilərinə daha yaxın olmaq və onlara yüksək səviyyəli xidmət təqdim etmək məqsədilə ölkə üzrə filial şəbəkəsini genişləndirməkdə davam edir. Bu strategiyanın növbəti mərhələsi kimi bankın Bərdə şəhərində yeni filialı fəaliyyətə başlayıb.

Bankın ölkə üzrə sayca 29-cu filialı Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşir. Bərdə filialında əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.

Açılış mərasimində bank rəsmiləri, Bərdə rayon İcra hakimiyyətinin nümayəndələri də iştirak etmişdir. Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki: ” Rabitəbank olaraq məqsədimiz, ölkəmizin hər bölgəsində müştərilərə rahat, sürətli və yüksək keyfiyyətli bank xidmətləri təqdim etməkdir. Bu gün Bərdə şəhərində yeni filialımızın fəaliyyətə başlaması bu istiqamətdə atılan növbəti addımdır. Eyni zamanda, Rabitəbank üçün bölgələrdə sahibkarların və kənd təsərrüfatı sektorunun inkişafını maliyyə dəstəyi ilə təmin etmək strateji prioritetimizdir. Biz inanırıq ki, hər bir investisiya və dəstək, yerli iqtisadiyyatın güclənməsinə və insanların rifahının yüksəlməsinə töhfə verəcək.”

Yeni filial, rahat mühitdə operativ xidmət imkanları və fərdi yanaşma ilə Bərdə sakinlərinə və bölgə əhalisinə bankçılıq xidmətlərini daha əlçatan edəcək. Bununla da Rabitəbank, regionlarda iqtisadi fəallığın artırılmasına və maliyyə ehtiyaclarının peşəkar şəkildə qarşılanmasına töhfə verir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən