Qatarla gedib-gələnlərin nəzərinə! - FOTO

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Bildirilir ki, Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq,19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.