''Ermənistan da dəmir yolu tikintisi öhdəliyi götürüb''- Dövlət başçısı

 13:04 21.08.2025     130

Artıq Zəngilana qədər dəmiryolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.

Dövlət başçısı əlavə edib: “Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.

Vumart və Güvən reklamı Vumart Güvən