ASCO-nun Müşahidə Şurasının üzvləri dəyişdi - YENİ TƏYİNAT

 10:55 22.08.2025     85

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev Müşahidə Şurasının sədri təyin edilib.

AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə isə Şuranın üzvləri təyin olunublar.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Şuranın əvvəlki tərkibi aşağıdakı kimi idi

Müşahidə Şurasının sədri Samir Şərifov

Müşahidə Şurasının üzvləri

Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Mətin Eynullayev – Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri.

2
Vumart və Güvən reklamı Vumart Güvən