1300 abonentin qazı KƏSİLƏCƏK

 14:55 25.08.2025     209

Bu gün Sumqayıt şəhərində 1300 abonentin qazı kəsiləcək.

Redaktor.az xəbər verir ki, Report-a Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhərinin 9-cu mikrorayonunda yerləşən balans 87-də orta təzyiqli d-108 mm qaz xəttində sızmanın aradan qaldırılması ilə əlaqədar bu gün saat 15:30-dan etibarən, 1300 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd olunan ərazidə qaz təchizatının nə vaxt bərpa ediləcəyi açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən