Kəmaləddin Heydərov bu xanımı rəis TƏYİN ETDİ

 16:16 25.08.2025     186

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.

Redaktor.az "Qaynarifo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Aleksey Teymuroviç Şahhüseynov vəzifəsindən azad edilib. Onun yerinə Ləman Aydın qızı Məmmədova təyin olunub.

Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə təyin olunmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən