Bu ərazidə 4000 abonentin qazı KƏSİLƏCƏK

 20:12 25.08.2025     111

Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Redaktor.az-a  bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Vumart və Güvən reklamı Vumart Güvən