“Meqa Sığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti artıq yeni ünvanda

 16:34 26.08.2025     77

Müştərilərə göstərilən xidmət səviyyəsinin artırılması, eləcə də sığorta hadisələrinin daha operativ və keyfiyyətli şəkildə tənzimlənməsi məqsədilə “Meqa Sığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti yeni ünvanda fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, Meqa Sığorta şirkətinin yeni tənzimlənmə ofisi Bakı şəhəri, Fəxrəddin Musayev 25 ünvanında fəaliyyət göstərəcək.

Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yeni ofisi müasir texnoloji avadanlıqlarla tam təchiz olunmuş və müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitlə təmin edilmişdir.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. 

2
Vumart və Güvən reklamı Vumart Güvən