Bakı və bölgələrdə zəlzələ oldu - YENİLƏNİB

 01:19 27.08.2025     495

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə Redaktor.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Qusar stansiyasından 94 km şimalda Dağıstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı, Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.

***

00:46

Paytaxt Bakı daxil olmaqla Azərbaycanın bir sıra rayonlarında zəlzələ hiss olunub. 

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, zəlzələ Bakı, Mingəçevir, Quba, Oğuz, Xankəndi və digər rayonlarda hiss olunub. 

T. İSMAYIL

22
Vumart və Güvən reklamı Vumart Güvən