Bakının bəzi ərazilərində qaz OLMAYACAQ

 10:54 01.09.2025     373

“Savalan”, “Hacı Seyfəl” və “PMK” orta təzyiqli qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması məqsədi ilə 01.09.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Redaktor.az verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin H.Heybətov, Nizami, A.M.Əbdülkərim, M.Ə.Sabir, A.M.Ələkbər, A.Ş.Hüseyn, Y.Musayev, N.Nərimanov, H.Aslanov küçələrinin, Maştağa Ləhic bağları, Savalan, Maştağa-Nardaran yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən