Parlamentdə komitə iclasları başlayır - Tarix MƏLUM OLDU

 16:22 02.09.2025     276

Milli Məclisin deputatları ötən gün tətildən qayıdıblar.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, sentyabrın 10-dan parlamentdə komitə iclasları başlayacaq.

Komitələrin ilk iclaslarında 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı layihəsi müzakirə ediləcək.

Payız sessiyasının plenar iclasları isə sentyabrın 30-dan etibarən start götürəcək. 

Milli Məclisin Daxili Nizamnaməsinə görə, payız sessiyası dekabrın 30-dək davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən