Bəzi yerlərdə leysan oldu, çaylardan güclü sel keçdi - FAKTİKİ HAVA

 19:29 05.09.2025     496

Sentyabrın 5-i saat 19:00-a olan faktiki hava açıqlandı.

Redaktor.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

Yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.

Vumart və Güvən reklamı Vumart Güvən