Bakının iki rayonunda su KƏSİLƏCƏK

 22:13 08.09.2025     454

Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.

Bu haqda Redaktor.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilir ki, Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə 8 sentyabr, saat 22:00-dan etibarən 9 sentyabr tarixində gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Vumart və Güvən reklamı Vumart Güvən