"2:0 dan sonra "Beşiktaş" da, "Qalatasaray" da tarmar olardı, amma "Qarabağ" bacardı"
"Bunun adı qəhrəmanlıqdır. Sənə hər şey halaldır. Lissabon zəfəri! 2:0 dan oyunu çevirəsən, həm də dünyanın ən çətin komandalarından birinə qarşı! Komandamıza və Qurbana min təşəkkür".
Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa UEFA Çempionlar Liqasında "Qarabağ"ın Portuqaliya səfərində "Benfika"ya 3:2 hesablı qələbəsinə sevincini bölüşərkən deyib.
"Hələ də anlaya bilmirəm ki, bu cür komandası olan bir ölkədə adamlar hansı mənyiqlə fənərli, qalatasaraylı, beşiktaşlı deyib mübahisə edirlər? "Fənərbaxça" bu komandanın qapısına yaxın düşə bilmədi. 2:0-dan sonra "Beşiktaş" da, "Qalatasaray" da tökülərdi, tarmar olardı. İnanılmazı bacarmaq demək ki, mümkündür! AFFA-nın irəlidə başqa Santuşlara verəcəyi qara deşiyə gedən pulları yığıb bu kluba vermək lazımdır ki, 1-2 güclü futbolçu da alsın və irəlidə heyət sıxıntısı yaşamasın. Ən böyük "Qarabağ!", - deyə deputat yekunlaşdırıb.
Turan İSMAYIL













