"Hələ də təhlükəsizliklə bağlı bizi narahat edən xeyli məsələlər var" - Millət vəkili

 13:56 23.09.2025     356

"Bu gün reallıq ondan ibarətdir ki, dünya hələ də ciddi təlatümlər içindədir və ciddi problemlər yaşamaqdadır. Hər şeyin arxada qaldığını düşünmək yanlış olardı. Bu addımın atılmasının ciddi əsasları var".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda xüsusi karantin rejiminin müddətinin 2026-cı ilin 1 yanvar tarixinədək uzadılmasından danışarkən bildirdi.

"Dəfələrlə bu məsələ barədə cənab prezident danışıb. Milli Məclisdə də bu məsələlərə fikrini bildirib və toxunub. Hələ də təhlükəsizliklə bağlı bizi narahat edən xeyli məsələlər var. Təbii ki, cəmiyyət bir sıra hallarda bunu qəbul etmək istəmir. Amma bu gün reallıq ondan ibarətdir ki, biz hələ də tam bu mərhələni keçməmişik. Qonşu ölkələrdə, ətrafımızda bu təhlükələr davam edir", - deyə o, qeyd etdi.

Deputatın sözlərinə görə, Azərbaycan olduqca mürəkkəb bir coğrafi ərazidə yerləşir, bizim ölkəmizi digər hansısa bir ölkə ilə müqayisə etmək yanlış olardı:

"Çünki Azərbaycanın situasiyası, Azərbaycanın vəziyyəti tamamilə fərqlidir. Ona görə insanlarımızın bu məsələyə həssas yanaşmasının xüsusi önəmi var. Vətəndaşlarımız səbr etməlidirlər və bir müddətdən sonra bu mərhələ də arxada qalacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən