"Həzi Aslanov" metrosu nə zaman açılacaq?

 16:50 25.09.2025     1656

2025-cü il noyabrın 30-dan “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmir müddətində xətlərdə hərəkətin təşkili, eləcə də “Həzi Aslanov” stansiyasının sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi məqsədilə digər texniki məsələlərlə bağlı bir sıra tədbirlər həyata keçirilib. Qatarlar Qırmızı xətt üzrə (“İçərişəhər” stansiyasından) və Yaşıl xətt üzrə (“Dərnəgül” stansiyasından) “Əhmədli” stansiyasına qədər hərəkət edir.

Bəs təmir işləri nə zaman yekunlaşacaq?

Məsələ ilə bağlı Redaktor.az-ın soruğuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, dövlət proqramı çərçivəsində layihə adı Y-17 və yaxud "Həzi Aslanov-2" şərti adı olan stansiyanın inşası 2030-cu ilə qədər yekunlaşdırılmalıdır:

"Hazırda isə Qırmızı xəttin fəaliyyətdə olan "Həzi Aslanov" stansiyasında dalan hissəsinin əsaslı təmir olunmaqla yenidənqurma işləri davam etdirilir. Lakin stansiya sərnişinləri qəbul edir. Hazırda "Əhmədli" stansiyası ilə bu stansiya arasında qatarların hərəkəti təşkil edilir. Dalanda təmir işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulub".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən