Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

 11:17 30.09.2025     263

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin Ceyranbatan bağları ərazisindən keçən 76 millimetrlik qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən 1200 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

Qazın verilməsi qəza-bərpa işləri başa çatdıqdan sonra bərpa olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən