Nümunəvi qəbiristanlıqlar qanunla tənzimlənməlidir - Siyavuş Novruzov

 12:24 30.09.2025     413

"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

"Yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir. Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir", - deyə o, qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən