Bələdiyyə qanunları məcəllə şəklində çap olunacaq - Deputat
Payız sessiyasında xüsusilə də Bələdiyyə Məcəlləsinin çap olunması ilə bağlı işlər gedir.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
"Bələdiyyələrlə bağlı 20-dən çox qanun layihəsi var. Bunları bir məcəllə şəklində çap edib verək ki, bələdiyyələr də işləyəndə bundan rahat itifadə etsinlər", - deyə o, qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













