“Süni intellektlə bağlı qanun hazırlanmalıdır” - Deputat

 12:54 30.09.2025     371

''Süni intellektlə bağlı qanun hazırlanmalıdır''.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər millət vəkili Sahib Alıyev parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, bəziləri bu sahədə inkişaf getdiyini və bir qədər gözləmək lazım olduğunu bildirsə də, xarici ölkələrdə olan təcrübələr göstərir ki, qanun qəbul edilməlidir.

"Onlar süni intellektlə bağlı qanunu qəbul edəndə 3 illik müddətdə yenilənəcəyini də istisna etmirlər. Qonşulardan geri qalmamalıyıq. İlham Əliyev dediyi kimi, Azərbaycan rəqəmsal qovşağa çevrilməyi planlayan dövlətdir",- deyə Sahib Alıyev vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən