"Xəstəxanada qalmaq otel qiyməti ilə eynidir" - Deputat

 13:21 30.09.2025     410

"Sənədlərin verilməsi sadələşdirilsin".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri qeyd edib ki, sənədlər sadələşdirilməlidir ki, insanlar xəstəxana ilə aidiyyatı qurum arasında qalmasın.

 O bildirib ki, icbari tibbi sığortada bir problem ortaya çıxır:

"Burda xəstəxana xərci nəzərdə tutulmur. Bu gün elə xəstəxana var ki, xəstəxanada qalmaq qiyməti otel qiyməti ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur evə get. Ən azı bir neçə gün qalmalıdır. Sonrakı vaxtda qalmaq istəyirsə, öz hesabına qala bilər. Bu, icbari tibbi sığortaya daxil edilməlidir. Elə olur ki, xəstəxana xərci əməliyyat xərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu, qanunvericilikdə öz əksini tapmalıdır".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən