''Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycanda da araşdırma gedir''
Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Prokurorluğunda da araşdırma aparılır.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, bu faktıarın - zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır: "Bu işin də məntiqli nəticəsi olacağına inanıram".













