İlham Əliyev "Qarabağ"ı belə təbrik ETDİ

 23:20 01.10.2025     695

Prezident İlham Əliyev Azərbaycan çempionu "Qarabağ"ı Çempionlar Liqaısnın əsas mərhələsinin ikinci turunda qələbə qazanması münasibətilə təbrik edib.

Redaktor.az dövlət başçısının feysbuk səhifəsindəki paylaşımı təqdim edir:

"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".

Qeyd edək ki, Bakıda Tofiq Bəhramov adına stadionda keçirilən matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən