Yusif Şirinov yeni vəzifəyə təyin EDİLDİ

 14:27 16.10.2025     893

Sabunçu Tibb Mərkəzində daha bir kadr dəyişikliyi baş verib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun imzaladığı əmrlə mərkəzin inzibati işlər üzrə direktor müavini Yusif Şirinov tutduğu vəzifədən azad olunub.

Redaktor.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirildi ki, Yusif Şirinov 16 sentyabr 2025-ci il tarixində Ağciyər Xəstəlikləri Mərkəzinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Yusif Şirinov yeni təyinatadək Sabunçu Tibb Mərkəzində inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova da vəzifəsindən azad edilmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən