Ölkəyə gətirilən elektrik avtomobilləri ilə bağlı QƏRAR

 15:54 23.10.2025     486

Gələn il Azərbaycana gətirilən elektrik avtomobilləri ƏDV-dən azad ediləcək.

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı gələn ildən bir il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.

Redaktor.az xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin həm ölkəyə gətirilməsi, həm də daxili bazarda satışı ƏDV-dən azad ediləcək.

Qeyd edək ki, bu addımın məqsədi Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayını artırmaq və ətraf mühitə zərərin azaldılmasına töhfə verməkdir.

Vumart və Güvən reklamı Vumart Güvən