“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

 15:26 24.10.2025     336

Milli Məclisin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Redaktor.az xəbər verir ki, 8 fəsil, 31 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin, onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən