İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.
Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.
























