Gəncə İcra Hakimiyyətində yoxlama APARILIR

 16:37 04.11.2025     617

Gəncə Şəhər İcra Hakimiyyətində yoxlama aparılır.

Redaktor.az ajans.az-a istinadla xəbər verir ki, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir.

"Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri
həyata keçirilir. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir", - deyə Hesablama Palatasından bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən