DİN rəsmisindən Goranboydakı nişan mərasimi ilə bağlı AÇIQLAMA

 14:11 05.11.2025     859

Xəbər verdiyimiz kimi, ötən gün Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin qarşısı alınıb.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sözügedən məsələ ilə bağlı valideynlərə çağırış edib.

"Goranboyda 16 yaşlı qızın nişan mərasimi dayandırıldı.

Əziz valideynlər, etməyin, bu, hüquq pozuntusudur. Övladınızı təhsildən ayırmayın, gələcəyini qurban verməyin", - deyə DİN rəsmisi bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən