Zəfərin səsi, Vətənin nəfəsi - 8 Noyabr coşqu ilə qeyd olunub

 11:57 06.11.2025     572

"Zəfərin nəğməkar palitrası” adlı tədbir “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Gənclər və Mədəniyyət Evi” Tədris Mərkəzinin rəhbərləri Amil Abbasov, Zaur Əfəndiyev və Leyla Əhədova, “Gənclər və Mədəniyyət Evi” Tədris Mərkəzinin rəssam-dizayner, pedaqoqu Könül Ələskərovanın təşkilatçılığı ilə Zəfər tədbiri təşkil edilib.

Redaktor.az xəbər verir ki, tədbiri psixoloq Nabat Mirzəyevanın aparıcılığı ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edib. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 44 günlük Vətən müharibəsini əks etdirən video-slayd qonaqlara nümayiş etdirilib.

Qonaqlar içərisində hörmətli şəhid ailələri və qazilər çıxış ediblər.

Tədbirdə Həsənov Azər Aydın oğlu (Suqovuşan uğrunda şəhid olmuşdu), yoldaşı Əsmər Həsənova və qızı Fatimə Həsənova (rəsm əsəri ilə çıxış edib), Musazadə Abbas Natiq oğlu (Tərtərdə əməliyyat zamanı ağır yaralanmış və şəhid olmuşdur), atası Natiq Abbasov, bacısı Nərmin Qasımova və bacısı qızı İlayda Qasımova (gözəl rəsm əsəri sərgiləyib) iştirak ediblər.

Qazilərimiz - Xüsusi Təyinatlı Şəhid və Qazi Veteranı İctimai Birliyi Abşeron rayonu filialının sədri, ehtiyatda olan zabit, 44 günlük Vətən müharibəsinin iştirakçısı Süleyman Cəfərov və müavini, Xüsusi Təyinatlı Vidadi Əliyev çıxış etmişlər.

Ardınca gənc ifaçı Sübhan İbişli tarın müşayiəti ilə “Qarabağ, can Qarabağ” mahnısını ifa edib. Rəqs və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. “Leon” rəqs qrupu və Leyla Babacanova “Azərbaycan ruhu” adlı rəqs kompozisiyasını təqdim ediblər. Elşən Hüseynov və nağara ansamblının çıxışı, həmçinin səhnədə “Gənclər və Mədəniyyət Evi” Tədris Mərkəzinin Tibb-Əczaçılıq kursunun müəllimi, pediatr Gülafət Baxşalıyevanın təşkilatçılığı ilə hazırlanan, Vətən müharibəsində arxa cəbhədə şəhidlərimizlə çiyin-çiyinə mübarizə aparan həkim-tibb bacısının (qardaşının) səhnəciki və “Azərbaycan” ifasını səsləndirməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Xanəndə Yusif Kazımov “Xudayar təsnifi”ni ifa edib. Daha sonra Aysu Əzizli səhnəyə çıxaraq solo rəqsi ilə çıxış edib.

Tədbirin bədii hissəsində saz ifaçısı Teymur Teymurovun çıxışı da böyük maraq doğurub.

Gecənin sonunda rəssam-dizayner, pedaqoq Könül Ələskərova çıxış edərək Qarabağ və Zəfər mövzusunda görülən yaradıcılıq işlərindən danışıb. Gözəl, yaradıcı rəsm əsərləri təqdim edən gənclər “Təltifnamə” ilə mükafatlandırılıblar.

Zəfər Günü münasibətilə keçirilən bu tədbir iştirakçılarda qürur, vətənpərvərlik və birlik duyğularını bir daha gücləndirib.

2222222
Vumart və Güvən reklamı Vumart Güvən