Xocalının daha iki kəndinə növbəti köç mərhələsi baş tutdu - FOTO

 13:58 13.11.2025     273

Noyabrın 13-də Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç mərhələsi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, bu gün hər iki kəndə ümumilikdə 50 nəfərdən ibarət 15 ailə köçürülüb.

Onlardan  9 ailə Daşbulaq, 6 ailə isə Badara kəndində daimi məskunlaşıb. Yeni mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin icraçı direktor müavini Mahmud Əfəndiyev sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib.

M.Əfəndiyev bildirib ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu diqqət mərkəzində saxlanılır, onlara  həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün lazımi şərait var.  Xatırladaq ki, əvvəlki mərhələlərdə Daşbulaq kəndinə 91 nəfərdən ibarət 21 ailə, Badara kəndinə isə 31 ailə (117 nəfər) köçürülüb.

Hazırda hər iki yaşayış məntəqəsində sakinlərin rahat həyatı üçün bütün zəruri infrastruktur – elektrik, qaz, su, rabitə və kommunal xidmətlər tam şəkildə bərpa olunub.

2222
Vumart və Güvən reklamı Vumart Güvən