"İqlim dəyişikliyi təbiətin bütün elementlərinə təsir göstərir" - Ekoloq

 23:15 14.11.2025     343

Xaçmaz rayonunun Çılğır kəndində qeyri-adi təbiət hadisəsi baş verib. Kənd sakinlərindən birinin həyətindəki alça ağacı noyabr ayında bar verib.

Bəs bu cür hadisələr ekosistemdə hansı balanssızlıqlara səbəb ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirdi ki, iqlim dəyişikliyi təbiətin bütün elementlərinə təsir göstərir.

"Bitkilərin vegetasiya dövrü, ekosistemdəki tarazlıq, bioloji müxtəlifliyin ayrı-ayrı komponentləri, yəni həm heyvanlar, həm də bitkilər bu prosesdən ciddi şəkildə əziyyət çəkir. Ümumi vəziyyət ondan ibarətdir ki, havaların anomal şəkildə isti keçməsi, o cümlədən payız-qış mövsümlərində bitkilərin çiçəkləməsi və bar gətirməsi ilk baxışdan müsbət görünsə də, uzunmüddətli dövrdə bitkilərin sağlamlığına mənfi təsirlər yaradır. Mən botanik və ya bioloq olmasam da, ekoloji baxımdan belə proseslərin biomüxtəliflikdə öz izini buraxdığı aydındır. Ekosistemin bütövlükdə davranışı iqlim dəyişikliklərinə həssas olduğundan, bu kimi anomaliyalar təbii tarazlığın pozulmasına səbəb ola bilər", - deyə ekoloq vurğuladı.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən