Qarabağda 4 şəhərin baş planı təsdiq olunacaq - Komitə sədri

 13:38 17.11.2025     492

"Biz “Böyük Qayıdış” zamanı şəhərləri sıfırdan inşa etmişik. Hazırda 12 şəhərin planlaşdırılması aparılır, 8 şəhərin baş planı artıq təsdiq olunub, 4 şəhər üzrə işlər isə yekunlaşmaq üzrədir".

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev deyib.

O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində yüzlərlə kənd planlaşdırılır və uğurla həyata keçirilir: "Hər bir yaşayış məntəqəsi tam şəkildə 20 illik dövrü əhatə edən plan əsasında hazırlanıb və bu istiqamətdə işlər aparılır. Bu isə əsas prinsipimizdir”, - o vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən