"Dünya Çempionatı istəyirik, amma ölkədə stadion yoxdur!" - Fazil Mustafadan ETİRAZ

 15:24 19.11.2025     335

"Azərbaycan, Özbəkistan prezidentləri 2027-ci ildə dünya çempionatının Azərbaycanda və Özbəkistanda keçirilməsi üçün müraciət eləyiblər və bu müraciət də nəzərə alınıbdır".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında deyib.

"Amma qeyd etmək lazımdır ki, ölkədə 34 peşəkar klub qeydiyyatdan keçib, onların yalnız beşinin beynəlxalq standartlara cavab verən təlim-məşq bazası var. Və cəmi beynəlxalq standartlara cavab verən yeddi stadion var. Ən acınacaqlı odur ki, uşaq-gənclər məktəblərində 65 gənclər məktəbində cəmi beş meydança var. Və bunlar hamısı bizim bu yarışa nə dərəcədə hazırlaşmağımızın göstəricisidir. Ona görə də bu istiqamətdə də ciddi işlər görülməsi vacibdir", - deyə millət vəkili bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən