"Şadam ki, dövlət büdcəsində xarici borclanma həddi 6 milyarda qədər nəzərdə tutulub"
"Bir sıra nəhəng dövlətlərin daxili və xarici borclarının sürətlə artımı və hətta ümumi daxili məhsulu keçməsi belə onlarda böyük narahatçılıq yaradır. Və təbii ki, bu borcu özünün iş xidmətləri və yaxud mal ehtiyatları ilə ödəmək mümkün də deyil".
Redaktor.az xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirdi.
"Buna görə də dünyada açığını demək lazımdır ki, əsassız emissiyalar, əsasız tədbirlər həyata keçirilir ki, bu da valyutaların gözümüzün önündə alıcılıq qabiliyyətinin sürətlə düşməsinə səbəb olur. Və bu kontekstdə də həm gündəlik həyatımızda iş və xidmətlərin və eləcə də, xüsusilə də böyük investisiyaların dəyərinin artmasına səbəb olur. İnvestisiyaların dəyərinin artım tempi ilə borclanma faizi arasındakı nisbəti götürdükdə, uzunmüddətli perspektivdə dövlət xarici borclanması bu dəqiqə xüsusi əhəmiyyət kəsb edir. Və mən çox şadam ki, dövlət büdcəsində xarici borclanma limiti, həddi 6 milyarda qədər nəzərdə tutulub ki, bunun uzunmüddətli perspektivdə dəyərindən düşmüş valyuta qaytarması, ümumi, kumulyativ effekti bizim üçün çox faydalı olacaqdır", - deyə o qeyd etdi.
Aminə ŞAHSUVARQIZI













