Deputat Yevlax sakinlərinin 1 nömrəli problemini qaldırdı

 15:46 19.11.2025     268

"Cənab prezidentimizin müəyyənləşdirdiyi inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı xüsusi yer tutur".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələri zamanı deputat İlham Məmmədov bildirdi.

"Fürsətdən istifadə edərək növbəti büdcə ilində Yevlaxın bir nömrəli qlobal problemini seçicilərimin xahişi ilə yenidən nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Yevlax şəhəri ərazisindən keçən 251-ci kilometrində qorunan dəmir yolu keçidinin 1987-ci ildən ləğv edilməsi nəticəsində Yevlaxın Hava Limanı, Şənlik və Şəki-Təy massivində yaşayan 10 min əhalisi dəmir yolunun bir tərəfindən digər tərəfinə keçmək üçün avtomobillə 10 kilometr yol qət edir. Bu hal 30 ildən artıqdır Yevlaxın bir nömrəli problemidir və qlobal problemidir.

Seçicilərimin xahişi ilə bu məsələni bir neçə dəfə səsləndirmişəm və yenə də xahiş edirəm cənab baş nazir, dəmir yolunun şəhər ərazisindən keçən hissəsində avtomobillər və sakinlər üçün cəmi 20-25 metrlik yeraltı keçidin salınmasına köməklik edəsiniz", - deyə o seçicilərinin problemlərini qaldırdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən